Hikmət Hacıyev: «Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir»

«Ermənistana yeni raket sistemləri gətirildi. Dərhal Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar».

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev «Twitter» səhifəsində bu barədə məlumat verib.

«İlkin məlumatlara görə, Gəncədə 20-dən çox ev dağılıb. Mmülki şəxslər arasında itkilərin olduğu bildirilir. Humanitar atəşə çağırış edənlər Ermənistanın hərbi cinayətini görməlidirlər. Bu, Ermənistanın dövlətinin terror siyasətinin təzahürüdür», — Hikmət Hacıyev deyib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •