Fransadan Ermənistana ilk zərbə

Fransa “vasitəçi” qismində Dağlıq Qarabağ münaqişəsində “qərəzsiz” (neytral) qalmalıdır deyən Fransa diplomatiyasının rəhbəri Jan-İv Lö Dryan fransız deputat və merlərinin çağırışını rədd edib.

1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa onda qanuniliyini itirəcək.

Veteran.az «Azərtac»a istinadən xəbər verir ki, Fransa Xarici İşlər naziri bu fikirləri Milli Assambleyada erməni lobbisinin təsiri altında olan bir qrup deputatın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı çağırışına cavab olaraq deyib.

Fransanın Ermənistanla ikitərəfli sıx əlaqələrinin olduğunu deyən J.-İ. Lö Dryan 600 minlik erməni lobbisinə ölkəsinin Azərbaycanla da uzun tarixi əlaqələri olduğunu vurğulayıb.

«Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”,-deyə J.-İ. Lö Dryan bildirib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •