Ərdoğandan Avropaya Qarabağ ÇAĞIRIŞI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Birliyi Şurasının başqanı Şarl Mişel arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə – Avropa Birliyi əlaqələri müzakirə edilən danışıqda tərəflər, Şərqi Aralıq dənizindəki inkişaf başda olmaqla regional məsələləri də müzakirə ediblər.

“Ermənistan Avropanın enerji təminatını təhlükə altına atır”

Türk lider Azərbaycan torpaqlarını işğal edən Ermənistanın neft və təbii qaz boru kəmərlərinin, eləcə də nəqliyyat xətlərinin keçdiyi Tovuz, ardınca isə Gəncə şəhərlərinə hücum etməklə Avropanın enerji təminatına təhlükə yaratdığını bildirib.

Ərdoğan AB-ni Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqe tutmağa çağırdı.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •