AVMVİB haqqında

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (bundan sonra AVMVİB) 1994-cü ildə Bakıda təsis olunmuşdur. İctimai Birliyin məram və məqsədi müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərməkdir.

2017-ci il Aprel döyüşlərindən sonra İctimai Birliyin sıraları daha da artmışdır. Buna səbəb AVMVİB-nin rəhbərliyinin vətənpərvərlik mövzularında mədəni və sosial mözvulu silsilə tədbirləri həyata keçirməsi, mütəmadi olaraq Şəhid ailələlərini, Qarabağ müharibəsi iştirakçılarını, ümumilikdə Azərbaycan üzrə bütün veteranları mütəmadi ziyarət etmələri, onlar haqqında İctimai Birliyin internet saytında və internet televiziyasında vaxtaşırı sənədli film nümayiş etdirmələri ilə yanaşı, dövlət tədbirlərində, həmçinin yerli icra hakimiyyəti orqanları, o cümlədən uşaq bağçaları, orta ümumtəhsil məktəbləri və universitetlər ilə birlikdə mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etməsidir.

AVMVİB-in sədri Füzuli Rzaquliyev: «Bu gün istər uşaq bağçası olsun, istər orta məktəb, istərsə də ali məktəb, Azərbaycanda böyüyən gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi pedaqoqlarla yanaşı ictimaiyyətin də vəzifə borcudur. Buna görə də tədris ocaqlarını ziyarət etmək, şagird-tələbə kontingenti qarşısında çıxış etmək, vətəni sevən müharibə qəhrəmanlarımızın canlı şkildə xatirələrini onlara danışması yetişən nəsli dövlətçiliyimiz ətrafında sıx birləşmsəsində, Azərbaycançılıq ideologiyası əsasında tərbiyələnməsində mühüm rol oynayır».

Bu gün AVMVİB cəmiyyətimizdə istər Böyük Vətən Müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarının yerini yüksək tutur, onları qiymətləndirir və sosial fəaliyyətlərini gücləndirmələri üçün müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə İctimai Birlik “Müharibə veteranı” və “Milli ordu-100” xatirə medallarını təsis etmişdir. Həmin medallar müharibə veteranları və müharibə əlillərinə qayğı göstərən, onların dostu olan hüquqi və fiziki şəxslərə təqdim olunur, onları gələcəkdə də bu kimi xeyirxah tədbirlər və aksiyalar keçirmələrinə sövq edir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 1994-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikasında müharibə iştirakçılarının üzv olduğu ən böyük təşkilatlardan — ictimai birliklərindən biridir.

AVMVİB-nin mətbu orqanı kimi həftəlik «Fədai» qəzeti dərc olunur. Qəzetin eyniadlı www.fedai.az internet versiyası da mövcuddur. Lakin üzvlərinin sayının çoxluğu, buna müvafiq olaraq da tədbirlərinin sayının artması AVMVİB-nin www.veteran.az saytını təsis etməsinə səbəb olmuşdur. Saytda Veteran TV — internet televiziyası fəaliyyət göstərir. Veteran Radio — layihəsi isə müharibənin ağrı-acılarını görmüş insanların xatirəsini, onların müsahibələrini həm respublika üzrə, həm də Azərbaycandan kənara — dünya ictimaiyyəti qarşısına çıxarmaqla Qarabağ həqiqətlərini təbliğ edir.