20.04.2024

Şəhid mayorun məzarı ziyarət edildi — VİDEO

Ehtiyatda olan bir qrup hərbi qulluqçu mayın 30-da erməni silahlı bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan mayor Aqil Akif oğlu Omarovun məzarını ziyarət edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutmuş ziyarətə ehtiyatda olan bir qrup hərbi qulluqçu, hərbi ekspertlər və Qarabağ qaziləri qatılıb. Onlar Qax rayonunun Lələpaşa kəndində A.Omarovun yas mərasimində iştirak edib, şəhidin ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.

Daha sonra şəhidin məzarı ziyarət edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini İslam Səfərbəyov şəhidin məzarı başında çıxış edərək A. Omarovun Azərbaycanı uğrunda şəhid olmasından danışıb. A. Omarovun və Vətən uğrunda şəhid olanların qisasını bir qazi kimi almağa borclu olduqlarını qeyd edən İslam Səfərov şəhidlərin xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini bildirib.

Daha sonra çıxış edən — Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Milli Qəhrəman Vahid Quliyev, Qarabağ qaziləri Hikmət və Anar Məmmədovlar şəhidimizin qisasının qısa müddətdə alınacağını bəyan ediblər.

Azər Bayram

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: