BSU-nun rektoru Nurlana Əliyeva Fəxri Fərmanla təltif olunub

Veterab.az xəbər verir ki, mayın 29-da Bakı Slavyan Universitetində (BSU) IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki,  2019-cu ildə BSU-dan fakültələr üzrə ümumilikdə 555 tələbə 32 dövlət müəssisəsində, 32 orta məktəbdə istehsalat və pedaqoji təcrübə keçib. Rektor orta təhsil məktəbləri sırasında Bakıda yerləşən məktəblərlə yanaşı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin də olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu məktəbə BSU-nun beş nəfər vətənpərvər tələbəsi könüllü olaraq təcrübə keçib, universiteti layiqincə təmsil ediblər. Nurlana Əliyeva BSU məzunlarından əksəriyyətinin istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz qazandıqlarını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev BSU tələbələrinin qısa vaxt ərzində şagirdlərin, eləcə də müəllimlərin sevgisini qazandıqlarını, yüksək peşəkarlıqla dərslərin tədrisinə diqqət göstərdiklərini bildirib. Z.Həziyev tələbələrin düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keçmələrini yüksək qiymətləndirib. 

Sonra Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keçən tələbələrin təcrübə rəhbəri Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə, tələbələrdən Leyla Hacıyeva, Samir Abdulov, Zarema Tintinova, Ülviyyə Mədətova və Kamilə Abbasova təşəkkürnamə ilə təltif olunublar.

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev Bakı Slavyan Universiteti tərəfindən Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Cocuq Mərcanlıda təşkil olunan tədbirin əsl vətənpərvəlik nümunəsi olduğunu diqqətə çatdırıb. A.Fərzəliyev Cocuq Mərcanlıda keçirilən tədbirin yüksək səviyyəli təşkilatçılığına görə BSU rektoru Nurlana Əliyevaya Cəbrayıl rayon İcra Hakimiyyəti adından Fəxri Fərman təqdim edib.Milli Olimpiya Komitəsinin sosial media üzrə koordinatoru Səfər Məmmədov çıxışında komitədə istehsalat təcrübəsi keçən BSU tələbələrinin fəaliyyətindən danışıb. O, gənclərin iş potensialını yüksək dəyələndirərək Milli Olimpiya Komitəsi adından təşəkkürnamələr təqdim edib.Tədbirin davamında fakültə dekanlarının tələbələrin istehsalat və pedaqoji təcrübələri ilə bağlı hesabatı dinlənilib.

Azər Bayram


Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •