20.04.2024

İrəvandan Türkiyə açıqlaması: “Bunu mövcud vəziyyət diktə edir”

“Bəzi rəsmilərin Ermənistan-Türkiyə münasibətləri ilə bağlı açıqlamaları bölgədə baş verən dəyişikliklər kontekstində verilib”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts deyib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının əleyhinə çıxanlar regiondakı mövcud reallığı nəzərə almalıdırlar.

Fraksiya rəhbəri belə bir açıqlamanın verilməsinin bölgədəki mövcud reallığın diktə etdiyini söyləyib.

Makuntsa görə, münasibətlərin normallaşdırılması üçün Türkiyə də bu yöndə addımlar atmalıdır.

Qeyd edək ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan bölgədə Ermənistan ətrafında əlverişli atmosfer yaratmağın lazım olduğunu və bunun üçün bölgə ölkələri ilə əlaqələrə yanaşmanın dəyişməli olduğunu deyib. Bundan bir neçə gün sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da, buna bənzər açıqlama ilə çıxış edib.

Ermənistan rəsmilərinin açıqlaması ölkə müxalifətinin narazılığına səbəb olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: