AVMVB Rəsulzadənin abidəsinə ziyarət edib

28 May Respublika Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzüvləri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər. 

Ziyarət iştirakçıları Rəsulzadənin unudulmaz xatirəsini ehtiramla yad ediblər və abidəsi önünə gül dəstələri düzüblər.

Abidənin önündə çıxış edən AVMVB sədri Fizuli Rzaquliyev AXC-nin yaranmasında M.Ə.Rəsulzadə siyasi lider kimi böyük rol oynadığnı qeyd edib.O, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) görkəmli simalarının hər birinin Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında xüsusi əməyi olduğunu qeyd edib.Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolunun misilsiz olduğunu bildirib.

İştirakçılar sonda Rəsulzadənin abidəsinin önündə xatirə şəkli çəkdiriblər.

Elnur Səlim

AVMVB  Rəsulzadənin  abidəsinə  ziyarət  edib
AVMVB  Rəsulzadənin  abidəsinə  ziyarət  edib
AVMVB  Rəsulzadənin  abidəsinə  ziyarət  edib
AVMVB  Rəsulzadənin  abidəsinə  ziyarət  edib
AVMVB  Rəsulzadənin  abidəsinə  ziyarət  edib
AVMVB  Rəsulzadənin  abidəsinə  ziyarət  edib
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •