Bayraktar azərbaycanlı hərbçilərə paxlava payladı

Xəbər verildiyi kimi, Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif olunub.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar Tvitter hesabında bunları yazıb:

«Atam Özdemir Bayraktar və qardaşım Haluk Bayraktar ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «Qarabağ ordeni»nə layiq görüldüyüm üçün böyük şərəf və qürur duydum. Bir millət, iki dövlətin ortaq gələcəyi üçün çalışmağa davam edəcəyik».

S.Bayraktar əlavə edib ki, səfər zamanı təhsillərini Baykar Müdafiə Uçuş Təlim Mərkəzində tamamlayaraq məzun olan azərbaycanlı İHA heyəti ilə görüş olub. «Qarabağ Tək Vətən Hərakatı adına hazırladığımız xatirə pulları onlara təqdim etdik. Bu arada tatlı yedik, tatlı konuşduq», deyə o bildirib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •