29.03.2024

AVMVİB İmişli rayon şöbəsində

AVMVİB İmişli rayon şöbəsinin sədr müavini Faiq Soltanovun verdiyi məlumata görə, İmişli rayonu Çaxırlı kəndində AVMVİB İmişli rayon şöbəsinin Çaxırlı özəyi təsis edilmişdir.

Təsis yığıncağında AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov və sədr müavini Faiq Soltanov çıxış edərək təşkilatın əsas məqsədunin kənddə yaşayan müharibə veteranlarının sosial rifah hallarının yaxşılaşdırılmasında yaxından iştirak olduğunu qeyd etdilər.

Yığıncaqda II qrup müharibə əlili Gündüz Baban oğlu İmanov AVMVİB İmişli rayon şöbəsi Çaxırlı özəyinin sədri seçilib.

Təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: