AVMVİB Xəzər rayon şöbəsi Prezidentin son Şuşa səfərini ruh yüksəkliyi ilə qarşılayıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi sədrinin müavini Qasım Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə etdiyi son səfərə müharibə veteranları adından münasibət bildirib.

AVMVİB Xəzər rayon şöbəsi sədrinin müavini Qasım Həsənov Prezident İlham Əliyevin Şuşa şəhərində söylədiyi bu fikirləri xatırladıb:


-Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.

Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.


Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam.

Qasım Həsənov Xəzər rayon müharibə veteranları adından bildirdi ki, biz veteranlar müharibədə olduğu kimi Ali Baş Komandan cənab İlham Əliyevin dağıdılmış ərazilərimizin bərpasında və quruculuq işlərində də əmrindəyik.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Xəzər rayon şöbəsi-nin müavini Qasım İsmayıl oğlu Həsənov öz adından və təmsil etdiyi rayon veteranları adından cənab prezidentimizin uğurlu, dayanıqlı, irəli görən siyasətini dəstəklədiyini, bu yolda Azərbaycan Respublikası vətəndaşı olaraq Cənab Prezidentimizin daima yanında olduqlarını qeyd etdi.


Qarabağ Azərbaycandır!

Nurlan Məmmədli

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •