29.03.2024

Şəhid qəhrəmana film həsr edildi — VİDEO

Gəncədə Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun xatirəsinə həsr olunan qısametrajlı filmin təqdimatı keçirilib. 

Baku TV xəbər verir ki, təqdimatda filmin ərsəyə gəlməsində əziyyəti olan insanlar, aktyor heyəti və şəhidin yaxınları iştirak edib. 

Qısametrajlı film Bəhruz İsgəndərovun həyatını əks etdirib.

Film rejissor Rəşad Aydın tərəfindən lentə alınıb. Ekran işində xüsusi döyüş səhnələri yer alıb. Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin igidliyi bir daha tərənnüm olunub. Qısa metrajlı filmin ərsəyə gəlməsində əsas məqsəd ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbəni və bu qələbədə əsas payı olan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin təbliğatıdır. 

Filmin təqdimatında bir daha vurğulanıb ki, Vətən müharibəsindəki qələbəmiz və şəhidlərimizin xatirəsi daim yad edilməklə gələcəkdə də təbliğ olunacaq. Növbəti filmlər Vətən müharibəsinin digər şəhidlərinə həsr olunacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: