29.03.2024

Moskva NATO ilə danışıqlara hazırdır

Eastnews.org-un verdiyi xəbərə görə, Kremlin bu günkü açıqlamasında Rusiyanın NATO-ya bərabər hörmətə əsaslanan dialoqa hazır olduğu açıqlanıb.

Rusiya Prezidentinin ofisi açıqlamasında bildirib ki, indiyə qədər qarşı tərəfdən belə bir təşəbbüs olmayıb.  

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada NATO baş katibi Yens Stoltenberqin Moskvanı təcavüzkar yanaşmaqda günahlandırdığını söyləyib:  

«NATO problemlərini həll etməlidir. NATO-ya üzv ölkələrdə vaksin, böhran və insan hüquqları kimi həll edilməli problemlər var. Bu problemləri uğurla həll etdikdən sonra təcrübələrinizi nəzərdən keçirməyə başlayacağıq».  

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq bundan əvvəl çıxışlarında Rusiyanın son illərdə Gürcüstan və Ukrayna kimi qonşularına qarşı aqressiv olduğunu, NATO müttəfiqlərinin daxili siyasi proseslərinə müdaxilə etdiyini və bu məsələdə müxalifətə təzyiq göstərdiyini iddia etmişdi.

Mənbə: https://eastnews.org/news/55039

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: