26.04.2024

İsrail hərbçiləri HƏMAS üzvlərini həbs etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail hərbçiləri gecə saatlarında İordan çayının qərb sahilinin bəzi bölgələrinə basqın edib.  

Bu basqınlar zamanı 22 fələstinli müxtəlif iddialarla saxlanılıb.   Digər tərəfdən, alınan məlumata görə, tutulanlar arasında İordan çayının qərb sahilindəki HƏMAS-ın idarəçilərindən Camal Tavil və Bəcis Nəhlə də var.   İsrail hərbçilərinin Tavili İordan çayının qərb sahilindəki Ramallahdakı evindən, Nəhləni isə Ramallah yaxınlığındakı Celezon qaçqın düşərgəsindəki evindən apardığı bildirilib.

  İsrail kəşfiyyatının son həftələrdə HƏMAS-ın İordan çayının qərb sahilindəki bir çox rəsmisini istintaq adı ilə çağırdığıvə seçkilərdə iştirak etməmələri üçün «xəbərdarlıq» etdiyi bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: