Tovuz müharibə veteranları ilə məktəblilərin görüşü keçirilib

AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin verdiyi məlumata görə, rayon şöbəsinin veteranları, 3 nömrəli orta məktəbin kollektivi ilə birgə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçiriblər.

Görüşdə çıxış edənlər Vətənin müdafiəsində ordumuzun rolundan, müasir ordumuzun əldə etdiyi inkişafdan və gənc nəslin daha vətənpərvər olmalarının vacibliyindən danışdılar.

Görüşdə iştirak edən Qarabağ müharibəsi iştirakçıları döyüş xatirələrindən danışıb, məktəbliləri maraqlandıran sualları cavablandırdılar.

AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev məktəbin pedaqoji kollektivinə, məktəb direktoruna və Tovuz rayon Təhsil şöbəsinin rəhbərliyinə apardıqları məqsədyönlü təlim-tərbiyə və hərbi-vətənpərvərlik tərbiyəsinə görə, veteranlar adından öz minnətdarlığını bildirdi.

Veteranlarıla görüş şagirdlərin böyük marağına səbəb olub və onlarda yüksək təəssürat yaradıb.

N. Məmmədli

TOVUZ MÜHARİBƏ VETERANLARI İLƏ MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ KEÇRİLİB
TOVUZ MÜHARİBƏ VETERANLARI İLƏ MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ KEÇRİLİB
TOVUZ MÜHARİBƏ VETERANLARI İLƏ MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ KEÇRİLİB
TOVUZ MÜHARİBƏ VETERANLARI İLƏ MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ KEÇRİLİB
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •