28.03.2024

Paşinyanla Sarkisyan arasında müzakirələr aparıldı

Ermənistanın baş naziri Nikol Paşinyan respublika prezidenti Armen Sərkisyanla daxili siyasi vəziyyəti, habelə növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edib.

Publika.az xəbər veri ki, görüşlə bağlı N.Paşinyanın mətbuat xidməti məlumat yayıb.

“Prezident və baş nazir ölkədəki vəziyyəti, daxili siyasi ab-havanın yaxşılaşdırılmasına yönəlmiş addımları müzakirə etdilər, növbədənkənar parlament seçkilərinin keçirilməsinə toxundular”, — deyə Paşinyanın mətbuat xidmətindən bildirilib.

Tərəflərin Konstitusiya və qanunvericilik bazasını təkmilləşdirmək də daxil olmaqla azad və ədalətli seçkilərin keçirilməsinin vacibliyini vurğuladıqları qeyd edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: