Marneulidən Azərbaycana vətən müharibəsi qaziləri üçün bayram sovqatı göndərildi

Marneulidə fəaliyyət göstərən “Səadət” Fondu tərəfindən Azərbaycana Novruz bayramı münasibəti ilə sovqat aparıldı.

InterPress.ge xəbər verir ki, bu haqda Azərbycanın Gürcüstandakı səfirliyi məlumat verib.

Məlumata görə, Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə Azərbaycanda Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə bayram payı aparılıb.

Martın 20-də Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə həmin sovqatın olduğu yük maşını Gürcüstan-Azərbaycan sərhədini keçib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •