25.04.2024

ATƏT sədri İrəvanda: “Qarabağda vəziyyət dəyişib”

“Bölgədəki vəziyyət müzakirə mərkəzindədir, regiondakı durum noyabrın 10-da dəyişdi”.

Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici işlər naziri Ann Linde İrəvanda keçirdiyi brifinqdə söyləyib.

Nazir Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin elan edilməsini məmnuniyyətlə qarşıladığını bildirib, insanların ölümü və yaralanması ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini deyib.

Onun sözlərinə görə, tərəflər arasında imzalanmış bəyanatın yerinə yetirilməsi münaqişənin həllində irəliləməyə imkan verəcək.

Ann Linde uzunmüddətli və davamlı sülh axtarışında ATƏT-in Minsk qrupunun fəaliyyətini vurğulayıb. Eyni zamanda, Linde həll olunmamış məsələlərin qaldığını bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: