29.03.2024

Vətən müharibəsində şəhid olan evin tək övladı Mirabdulla Əhmədov — VİDEO

İkinci Qarabağ müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Mirabdulla Əhmədov olub.

Xezerxeber.az-ın məlumatına görə, Mirabdulla Əhmədov cəsur döyüşçü olub və düşmənə sarsıdıcı zərbələr endirib. O, Talış kəndi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Şəhidimizin məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanında doğmaları tərəfindən ziyarət edilib, ruhuna dualar oxunub. Mirabdulla Əhmədov ölkə başçısının sərəncamı ilə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: