29.03.2024

Köçəryan girov müqabilində evə buraxılıb

Qarabağdakı separatçı qurumun keçmiş və indiki rəhbərliyi Ermənistanın eks-prezidenti Robert Köçəryanı həbsdən azad etmək üçün cəhdlərini davam etdirdiyini yazmışdıq.

Arkadiy Qukasyan və Bako Saakyan Köçəryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə 1 milyon erməni dramı girov təqdim etmişdilər. Qarabağ klanının başçısını həbsdən azadetmək istəyən separatçıların istəyi bu gün nəzərə alındı.

Sputnik Armeniya-nın yaydığı məlumata görə R. Köçəryanın Levon adlı kiçik oğlu öz facebook səhifəsində Köçəryanın evdə qarşılanması əks olunan kadrlar paylaşıb.

İrəvanda isə bir tərəfdə Köçəryanın tərəfdarları, digər tərəfdə isə əleyhidarları yürüş keçiriblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: