18.04.2024

Türk hərbi gəmisi Odessa limanında

Türkiyəyə məxsus «Sokulli Məhməd Paşa» hərbi gəmisi Ukraynanın Odessa limanına yan alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın «Armiyainform» nəşri məlumat yayıb.

Bildirilib ki, Türkiyə gəmisi ilə yanaşı, İspaniya və Rumıniya donanmasına məxsus gəmilər də limana yan alıb.

Qeyd edək ki, NATO ilə Ukrayna hərbi donanması arasında təlimin keçirilməsi planlaşdırılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: