25.04.2024

Türkiyədən yeni HİSAR-O+: «Hədəfini birbaşa vurub MƏHV ETDİ» — VİDEO

Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb.

«HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi», — o deyib.

Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və «Roketsan» şirkətlərinə təşəkkürünü bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: