Bu ölkədə son 10 ildə 55 mini uşaq olmaqla, 600 min insan ölüb

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2017-06-26 09:00:29Z | http://piczard.com | http://codecarvings.com­­ÿ )_×

Suriyada 100 minlərlə insanın həyatını dəyişdirən və hələ də davam edən daxili vətəndaş müharibəsinin 10 illik xərci 1,2 trilyon dollar olub.

Teleqraf.com xəbər verir ki, bu haqda «Vorld Vilson və Frontier Economics» şirkətlərinin ortaq araşdırmasında qeyd edilib.

“Çox yüksək qiymət: Suriyalı Uşaqlar üçün Müharibənin Xərci” adlı araşdırmada 2015-ci ilin 15 martından bu yana Suriyadakı qarşıdurma, hücumlar və insanların didərgin düşməsi nəticəsində yaranan iqtisadi ziyan hesablanıb.

Araşdırmada 2011-ci ildə Suriyada sülhpərvər məqsədlə və islahatlar tələbi ilə başlanan etirazların Bəşər Əsəd rejimi tərəfindən qanlı şəkildə yatırılması ilə başlanan vətəndaş müharibəsinin 10 illik xərcinin 1,2 trilyon dolları keçdiyi vurğulanıb.

Vətəndaş müharibəsinin bu gün başa çatması halındı xərclərin 2035-ci ildə 1,7 trilyona çata biləcəyi ehtimal olunub.

Eyni zamanda araşdırmada son 10 ildə baş verən vətəndaş müharibəsinin uşaqların ömrünün 13 faiz azalmasına səbəb olduğunu ortaya çıxarıb.

Suriyada son 10 ildə 55 mini uşaq olmaqla 600 mindən çox insanın öldüyünü bildirən araşdırmaya görə, 13 milyona yaxın suriyalı evini itirib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •