29.03.2024

AVMVİB — 25: Təşkilatın 25 illiyi bu il qeyd ediləcək!

Qarşıdan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 25 illiyi gəlir. Təşkilatın bununla əlaqədar hansı tədbirlər planı həyata keçirməyi planlaşdırması, AVMVİB rayon şöbələri ilə əlaqələri və s. barədə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovla söhbətləşdik.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, İdarə Heyətinin verəcəyi qərar üzrə təşkilatın 25 illiyini qeyd edilməsi müəyyən ediləcək. İlkin təkliflər var. Cəbhə bölgələrinin birində və yaxud da Bakıda qeyd edilməsi üzərində fikirlər var. Ümid edirik ki, bu ölkə üçün döyüşən insanların böyük hissəsini, öz ətrafında birləşdirən bir təşkilata hökumətin diqqətsiz qalmayacağına inanırıq. Bu günlərdə 64 mininci veteranı üzvlüyə qəbul etdik. Veteran qardaşımız Göygöl rayon sakini, müharibə veteranı Xaliq Nəsib oğlu Səfərov oldu. Yəni AVMVİB faktiki olaraq aktiv fəaliyyətdə olan bir təşkilatdır. Amma hələ də bəzi icraçı orqanlar bizi «bir möhür və bir də özü» olan təşkilatlarla bir sıraya qoymağa çalışırlar. Amma bizim Birlik, illər ərzində ictimai proseslərdə yetkinləşmiş bir təşkilatdır. 25 illiklə bağlı tədbirlər planlarımızı bu günlərdə elan edəcəyik və rayon şöbələrimiz bu işdə daha fəal olmalarını sizin vasitəçiliyinizlə tapşırıram.

Söhbət əsnasında qeyd etdik ki, təşkilatın son illər daha aktiv tədbirlər və hərbi-vətənpərvərlik tədbirlərinin məktəblərdə və hərbi hissələrdə reallaşdıra bilmisiniz. Bu tədbirlərin keçirilməsində təşkilatın məramıyla bağlı V. Abdurəhmanov bildirdi ki, bizim təşkilat daim Dövlətin və dövlətçiliyin yanında olmuş bir təşkilatdır. Hər bir veteran Ali Baş Komandanın əmrinə hazır bir döyüş görmüş əsgərdir. Bu gün inamla deyə bilərəm ki, içimizdəki erməni informator kolonu illərdir ki, antiveteran bir fəaliyyət göstərməkdədirlər. Bilin ki, «Neyləmisiniz?» dyənlər onların əlaltısı və ən azı quyruqlarıdır. Bu gündən o dövrə boylananda bəlkə də içimizdəki düşmən xislətlilər olmasaydı daha uğurlu nəticəylə bu günə gələ bilərdik. Düşmən Kürün sol sahilinin işğalını 5 imperiya ilə razılaşdırmışdı. Biz öncə onların bu mənfur planlarını silahsız, mərmisiz və içimizdəki xainlərə baxmayaraq poza bildik. İllər ötdükcə Qarabağın unudulması prosesi gedir. Nəsil dəyişimi tsikli 20 ildirsə, 27 il öncə doğulmuş bir nəslin o torpaqlarla bağı qırılmışdır. Biz az da olsa düşmənin xeyrinə işləyən zamana qarşı çıxmağa çalışırıq. Doğrusu buna imkanlarımız çox məhduddur. Bir çox hərbçilərimiz bu işləri öz övladlarının boğazından kəsib həyata keçirir. Bu təşkilatın könüllülük əsasında fəaliyyət göstərməsinə çoxları inanmırlar. Bu döyüşçülərin bir nümunəsidir. Vətən şəxsi ambisiyalardan üstün dayanmalıdır. Bacardığımız qədər və imkanlarımız daxilində bütün vasitələrdən istifadə edərək bu işləri davam etdirmək fikrindəyik. Çünki Azərbaycan Prezidenti cənab İ. Əliyev dəfələrlə hərbi-vətənpərvəərliyə diqqətin artırılmasının bir prioritet olmasını qeyd eləyib. Amma nə KİV-lərdə, nə də film çəkilişlərində bu istiqamətdə heç bir tutarlı addımın atıldığını görmürük. 

Dövlətimiz, gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.

Bizimlə söhbətdə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov onu da bildirdi ki, son il ərzində müharibə veteranlarımızı çətinliklərlə də olsa fərqləndirə bilməyimiz və saytın fəaliyyəti müharibə veteranlarımız arasında ruh düşkünlüyünü aradan qaldırmağı hədəfə almışdı və buna qismən nail olduq. AVMVİB sədri Füzuli Rzaquliyevin təklifiylə və dəstəyi ilə səlahiyyətli nümayəndələr təyinatı da özünü doğrultmaqdadır. Neçə fəaliyyətsiz rayon şöbəmiz bu veteranlarımızın köməyi ilə öz fəaliyyətini qurmağı bacarıb. 

Bu istiqamətdə işlər davam etdiriləcək və heç bir üzvümüz diqqətimizdən kənarda qalmayacaqdır.

V. Abdurəhmanov 25 illiklə bağlı şöbələrdən də təkliflər gözlədiyini bildirdi.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: