19.04.2024

“Bayraqdara qarşı müdafiə kompleksimiz var” – Rus mütəxəssislər

Rusiyalı mütəxəssislər Türkiyə istehsalı olan “Bayraqdar TB2” qarşısında gücsüz vəziyyətə düşən “Pantsir” və “Tor-M2KM” hava müdafiə sistemləri ilə bağlı açıqlamaverib. 

Baykar-ın direktoru Haluk Bayraqdarın son açıqlaması rus mütəxəssisləri tərəfindən etirazla qarşılanıb.

“Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraqdarın “Sonuncu dəfə Qarabağda qələbəni gördük. Orada 50-dən çox hava müdafiə sistemi,140-dan çox tank, yüzlərlə raket Pilotsuz Uçuş Aparatları (PUA) tərəfindən məhv edildi. PUA-lar bu baxımdan oyunu dəyişdirən sistemlərdir. “Bayraqdar TB2″ni bir saat belə dayandıra bilmədilər” – açıqlamasına reaksiya göstərən rusiyalı hərbi mütəxəssis Viktor Murakovski bildirib ki, Rusiya “Bayraqdar TB2” tipli dronları çökdürə biləcək komplekslərə sahibdir.

Qeyd edək ki, Suriya, Liviya və Qarabağda rus hava müdafiə sistemlərinə qarşı “Bayraqdar TB2” dəfələrlə üstünlüyünü sübut edib

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: