II Dünya savaşının unudulmaz qəhrəmanı — «Medo» ləqəbli azərbaycanlı Məmməd

Hollandiyanın «Medo» ləqəbli əfsanəvi qəhrəmanı — azərbaycanlı Məmməd Məmmədov haqqında ağızdolusu danışan Avropada «Azərbaycanın Dostları» Cəmiyyətinin sədri Elman Mustafazadə, Hollandiyanın Şimali Brabant bölgəsinin incisi hesab olunan Osterveyk şəhərindəki kilsə qəbiristanlığında torpağa verildiyini bildirdi. Onun şərəfinə bu şəhərdə abidə tikilmiş, şəhər küçələrindən birinə Məmməd Məmmədovun adı verilmişdir. Yaşadığı illərdə soydaşımız, Hollandiyanın fəxri vətəndaşı adına layiq görülmüş və 1996-cı ildə Oranskix-Nassau kral ailəsinin ən yüksək ordeninə layiq görülmüşdür.

Hollandiyanın «Medo» ləqəbli milli qəhrəmanı, Məmməd Məmmədov, Azərbaycanın Zaqatala rayonu Muğanlı kəndindən olan «Medo», 1941-ci ildə cəbhəyə çağırılıb. Don çayının hövzəsindəki döyüşlərdən birində Məmməd Məmmədov yaralanaraq əsir düşür.

Bir müddət sonra M. Məmmədov və bir neçə məhbusla birgə qaçmağa müvəffəq oldular. 1944-cü ilin avqust ayında Hollandiyanın yeraltı müqavimət hərəkatına qoşuldu və onun sıralarında döyüşün sonuna qədər faşizmə qarşı cəsarətlə mübarizə etdi.

Qəhrəmanlığına görə «Medo» Müqavimət Hərəkatının mükafatına layiq görülmüşdür. Müharibədən sonra Məmməd Hollandiyada qalıb yaşadı. Burada ailə qurdu, Nənə Xanım adlı bir qızı doğuldu. Məmməd-Medo uzun müddət ayaqqabı fabrikində işləmiş, kənd təsərrüfatı ilə məşğul olmuş, polisdə xidmət etmiş və hətta yerli futbol klubuna rəhbərlik etmişdir.

2003-cü ildə vəfat edib və həyat yoldaşı ilə eyni qəbiristanlıqda dəfn edilib.

Avropada «Azərbaycanın Dostları» Cəmiyyətinin sədri Elman Mustafazadənin verdiyi məlumata görə, Məmməd Məmmədovun adına bir küçə verilib. Bu daha dəqiq desək, onun sağölığında evinə gedib gəldiyi yoldur və ona görə də küçənin adı «MAMEDMAMEDOVPAD», yəni «Məmməd Məmmədovun yolu» adlanır. Gözəl düşünülüb. Bu yol, həm də qəhrəmanlıq yoludur. Avropanı faşizmin cəngindən xilas edən xilaskar babalarımızın yoludur…

II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd

Medonun qızı Nənə xanım və Elman Mustafazadə
II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •