Daha bir veteranımız sıralarımızdan ayrıldı

Allah rəhmət eləsin!

Daha bir müharibə veteranı sıralarımızı tərk etdi.

Bu barədə AVMVİB-nin fəal üzvü Qorxmaz Aslanov məlumat verib: «Birinci Qarabağ Savaşı Qazisi, 703 saylı Hərbi hissənin ilk zabitlərindən biri, dəyərli insan, gözəl yoldaş, vətənini, elini tükənməz sevgiylə sevən, haqqı heç vaxt nahaqqa verməyən dəyərli ziyalı Abdullayev Vaqif Boran oģlu 11.02.2021-ci ildə haqqa yürüdü. Vaqif müəllim, müharibə başlayandan üç oģluyla bərabər vətənin müdafiəsinə qalxdi. Marquşevandan Vengə qədər döyüş yolu keçdi. Dəfələrlə yaralanmasına baxmayaraq geri çəkilmədi. Hərdən zarafatla deyərdi ki, bu kürəyimdəki tank mərmisinin qəlpələrini axıra kimi qoruyub saxlayacagam. Elə də etdi, özüylə haqq dünyasına apardı.ç25 illik yoldaşlığımız, dostluğumuz müddətində bir dəfə də olsun, bir birimizdən incimədik. Allahdan sənə rəhmət diləyir, ruhun şad olsun deyirəm.

Sən mənimşün çox əziz biri idin. Daim qəlbimdə yaşayacaqsan»…

AVMVİB Rəhbərliyi və Qorxmaz Aslanov Vaqif Boran oģlu Abdullayevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə mərhumun yaxınlarına, döyüşçü dostlarına başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •