19.04.2024

Paşinyanı döymək istəyirəm, məni həbs edin — Manukyan

Cinayətkarlar yalnız Nikol Paşinyanı ağır şəkildə döyəcəyini elan etdiyi üçün millətin “qəhrəmanını” həbs ediblər. Mən də bunu etmək niyyətindəyəm.

Axar.az xəbər verirr ki, bunu fevralın 8-də “Sasna Çrer” erməni silahlı qruplaşmasının üzvü Pavlik Manukyan Ermənistan Baş Prokurorluğunun binası qarşısında Qarabağ müharibəsi iştirakçısı Vahan Badasyanın azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı bildirib.

“Badasyanın həbs edilməsinin əsl səbəbi ölkədə onun da üzv olduğu Ermənistanın Qurtuluş Döyüşçüsü hərbi şurasının yaradılmasıdır. O, şura yaradıldığı günün ertəsi həbs olunub.

Beləliklə, mövcud Ermənistan hakimiyyətini Serj Sərkisyanın aqibəti gözləyir”, – deyə Manukyan qeyd edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: