28.03.2024

İtkin əsgərimizin nəşi 4 aydan sonra tapıldı

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə  dəfn edilib.

APA-nın Qarabağ  bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan Tərtər  rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib.

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb. 

Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: