20.04.2024

Bir medalın iki üzü — Erməni Soyqırımı — Video

«Pravda.Ru» siyasi şərhçisi Səid Qafurov Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan-Azərbaycan əlaqələrinin pisləşməsi, Ermənistanın tarixi və Ermənistan-Türkiyə münasibətləri barədə siyasi analitik Andrey Epifantsevlə söhbətləşib.

— Dərhal münaqişə mövzusundan başlayaq … Mənə deyin görüm, Türklər erməni soyqırımı edibmi? Mən bu mövzuda çox şey yazdığınızı və bu mövzunu dərindən anladğınızı bilirəm.

— Şübhə yoxdur ki, 1915-ci ildə Türkiyədə bir qırğınlar olub və belə şeylər heç vaxt təkrarlanmamalıdır. Mənim şəxsi yanaşmam odur ki, Türklərin ermənilərə qarşı nifrətinin dəhşətli soyqırım səbəb olması barədə rəsmi Ermənistanın mövqeyi bir sıra mövqelərdə doğru deyil.

Birincisi, hadisənin səbəbi qiyam etmiş ermənilərin özləri olduğu çox maraqlı idi. Hələ 1915-ci ildən çox əvvəl başlayan hadisələrə baxaq.

Bütün bunlar 19-cu əsrin sonundan bəri davam edir və Rusiyanı da əhatə edir. Daşnaklar üçün, istər türk səlahiyyətliləri olsun, ya da knyaz Qolitsını partlatmaq fərq etməzdi.

İkincisi, buradakı gizlinləri bilmək də vacibdir: əslində ermənilərin özləri də eyni türklər kimi davranmışlar — etnik təmizləmə, qırğın və s. törətmişlər. Bütün məlumatları qarşılıqlı şəkildə birləşdirdikdə, baş vermiş hadisələrə dair hərtərəfli bir mənzərə əldə edə bilərik.
— Türklərin öz ərazisində soyqırıma həsr olunmuş soyqırımı muzeyi yaradıblar. Bu, ingilis qızılları və rus silahlarının köməyi ilə erməni Daşnaklarının quldur birləşmələrinin «azad» etdiyi ərazilər göstərilir. Onların komandirləri bu ərazilərdə bircə türkün də qalmadığını bildirmişdilər. Daşnakların İngilisləri hücuma təhrik etmələri özgə bir mövzudur. Yeri gəlmişkən, Sultanlığın İstanbuldakı Türk məhkəməsi, ermənilərə qarşı kütləvi cinayətlərin təşkilatçılarını şifahi şəkildə qınamışdı. Yəni, kütləvi cinayət hadisələri baş vermişdi.
— Əlbəttə. Türklər özlərini inkar etmir, başsağlığı verirlər. Ancaq onlar bu hadisələrə soyqırımı demirlər. Beynəlxalq hüquq baxımından Ermənistanın və Rusiyanın da daxil olduğu soyqırımın qarşısının alınması haqqında Konvensiya mövcuddur. Burada cinayətin soyqırımı kimi tanınması hüququna kimin sahib olduğu göstərilir — bu qərarı, yalnız Haaqa məhkəməsi verir.

Nə Ermənistan, nə də xaricdəki erməni diasporası indiyədək bu məhkəməyə müraciət etməyib. Niyə? Çünki onlar bu soyqırımın hüquqi və tarixi cəhətdən sübut edə bilməyəcəklərini başa düşürlər. Bundan əlavə, bütün beynəlxalq məhkəmələr — Avropa İnsan Haqları Məhkəməsi, Fransız Ədliyyə Məhkəməsi və s. diasporun bu məsələni qaldırmaq cəhdlərinə rədd cavabı verib. Yalnız ötən ilin oktyabr ayından etibarən üç belə məhkəmə olub — bütün bu məhkəmələri ermənilər itirdi.

İyirminci əsrin birinci yarısına qayıdaq: həm Türk, həm də erməni tərəfi etnik təmizləməyə yol verdiyini aydın şəkildə görmək olar. Osmanlı İmperatorluğunun məğlubiyyətindən sonra Konqres göndərən iki amerikalı missioner ermənilərin təşkil etdiyi etnik təmizləmənin şahidi oldular.

1918-ci ili, 1920-ci ili isə güclü sovet hakimiyyəti illərində, ya erməni, istərsə də azərbaycanlı etnik təmizlik haqda məlumatlar yoxdu. Elə ki, «Sovet İttifaqının faktoru» yox ioldu, Dağlıq Qarabağda etnik təmizləmələrə başlandı. Bu gün bura maksimum təmizlənib. Azərbaycanda demək olar ki, ermənilər yoxdur, Qarabağda və Ermənistanda isə azərbaycanlılar qalmayıb.
Türklərin və azərbaycanlıların mövqeləri tamamilə fərqlidir
— Hazırda İstanbulda böyük bir erməni icması və kilsələr var. Bu, yəni, soyqırımı əleyhinə olan bir dəlildir.
— Türklərin və azərbaycanlıların mövqeləri tamamilə fərqlidir. İstər etnik səviyyədə, istərsə də məişətdə. Ermənistanla Türkiyə arasındakı münaqişələrdə, hazırda heç bir real ərazi münaqişəsi yoxdur, amma azərbaycanlılarla isə bu münaqişə var.
İkincisi, bəzi hadisələr 100 il əvvəl baş verib, digərləri isə bu gün baş verir.
Üçüncüsü, Türklər erməniləri fiziki cəhətdən məhv etməyi deyil, onları yabanı vasitələrlə olsa da, sadiqliyə çağırmaq məqsədini ortaya qoydular.
Ona görə də ölkədə çox ermənilər qalıb yaşadılar ki, onları türkləşdirib, İslamallaşdılar, ancaq onların özləri öz içlərində erməni olaraq qaldılar. Ermənilərin bir hissəsi döyüş zonasından uzaqlaşdılar. İkinci Dünya müharibəsindən sonra Türkiyə erməni kilsələrini bərpa etməyə başladı.
Artıq ermənilər Türkiyəyə işləməyə gedirlər. Türkiyə hökumətində erməni nazirlər var idi, bu Azərbaycanda mümkün deyil (!!!). Münaqişə indi konkrent bir məqsədlə baş verir — əsas məqsəd torpaqdır. Azərbaycan tərəfindən təklif olunan kompromis variantı: Azərbaycanın sərhədləri daxilində ən yüksək səviyyədə muxtariyyət. Demək ki, ermənilər Azərbaycana üz çevirməlidirlər. Ermənilər isə bununla razılaşmırlar — yenə də qırğınlar, hüquqlardan məhrum olmalar və s.
Əlbəttə, məsələn, Bosniyada həyata keçirilən digər nizamlama variantları var. Tərəflər öz hüquqlarına, orduya və s. malik iki muxtar qurumdan ibarət çox mürəkkəb bir dövlət yaradıblar. Amma bu variant tərəflərin də nəzərə alınmır.
Mono-dövlətlər, etnik bir layihə əsasında yaradılmış dövlətlər dalana dirənir. Məsələ belədir: hekayə sona çatmır, davam edir. Bəzi dövlətlər üçün bu ərazilərdə öz xalqlarının hakimiyyətini qazanmaq çox vacibdir. Və təmin edildikdən sonra, layihəni daha da inkişaf etdirmək, digər xalqları cəlb etmək, ancaq bir növ subordinasiya əsasında mümkündür. Əslində, indi ermənilər, Sovet İttifaqı dağıldıqdan sonra isə azərbaycanlılar da bu mərhələdədirlər.
Dağlıq Qarabağ probleminin hər hansı bir həlli varmı?
— Azərbaycanın rəsmi siyasi xətti: ermənilər qardaşlarımızdır, onlar geri dönməlidirlər, bütün lazımi zəmanətlər veririk, bizə yalnız müdafiə və beynəlxalq məsələləri bizə verin. Hər şey, yəni bütün məsələlər, o cümlədən təhlükəsizlik məsələləri də onlar istəyən kimi olacaq. Ermənistanın mövqeyi nədən ibarətdir?

Bu məsələdə Ermənistan və erməni cəmiyyətində torpağın tarixiylə bağlı mövqe var: «bu, bizim tarixi torpaqlarımızdır və hər şey belədir»… İki dövlət olacaq, bir dövlət olacaq, əhəmiyyət kəsb eləmir. Tarixi torpağımızdan imtina etməyəcəyik. Orada öləcəyik və ya oradan ayrılacağıq, amma biz Azərbaycanda yaşamayacağıq. Heç kəs demir kiu, millətlər də səhv edə bilərlər. Ermənilər daxil. Daha sonra, onlar səhv etdiklərinə əmin olduqları zaman fərqli bir fikrə gələcəklər.

Erməni cəmiyyəti, əslində, hazırda çox güclü şəkildə parçalanıb. Diasporalar var, Ermənistan erməniləri var. Cəmiyyətdə, oligarxiya daxilində, qərbçi və rusofillər olaraq çox güclü qütbləşmə mövcuddur. Ancaq Qarabağ məsələsi ilə bağlı tam konsensus əldə edilib. Diaspor Qarabağa pul ayırır, Qərbdə Qarabağ ermənilərinin maraqlarını güclü şəkildə lobbiləşdirir. Milli-vətənpərvərlik ruhu qorunub saxlanılır, o, durmadan qızışdırılır və uzun müddət də beləcə davam edəcəkdir.

Ancaq bütün milli layihələrin bir həqiqət anı var. Dağlıq Qarabağ məsələsində isə bu həqiqət anı hələlik hər iki tərəfdə yoxdur. Erməni və Azərbaycan tərəfləri hələ də maksimalist mövqelər üzərində dayanırlar, siyasi elitaların hər biri öz xalqına qələbənin, yalnız maksimalist mövqelərlə mümkün olduğunu, yalnız bütün tələblərimizi yerinə yetirməklə mümkün olacağına əmin ediblər. «Biz beləyik, düşmənimiz sə heç bir şey deyil.»

İnsanlar əslində bu vəziyyətin girovları halına gəliblər, artıq geri dönmək çətindir. Minsk qrupunda işləyən eyni vasitəçilər çətin bir vəzifə qarşısındadırlar: elitanı xalqına yönəltməyə razı salmaq və onlar desinlər ki, uşaqlar, barı bir az sürəti azaldaq. Buna görə də prosesdə heç bir irəliləmə yoxdur.

— Bertolt Brext yazırdı: «Milliyyətçiliklə qarınları doydurmaq mümkün deyil.» Azərbaycanlılar haqlı olaraq deyirlər ki, münaqişədən ən çox əziyyət çəkənlər sadə erməni xalqıdır. Elita hərbi məqsədlərə pul xərclədikcə, sadə insanların həyatı daha da pisləşir: Qarabağ isə kasıb bir yerdir.

— Və Ermənistan da zəngin bir yer deyil. Amma hələlik «silah və ya yemək» seçimində insanlar silahı seçirlər. Məncə, Qarabağ böhranının həlli mümkündür. Bu qərar Qarabağın bölünməsindədir. Qarabağı bölsəniz, ancaq çətin olduğunu başa düşsəm də, buna baxmayaraq, bir hissəsini birinə, digər hissəsini isə o birinə.

Qanunvericiliyinə görə, «Beynəlxalq ictimaiyyət bu seçimi qəbul edir.» 1988 və ya 1994-cü illərdə əhalinin faizini hesablamaq mümkündür. Sərhədləri bu mərhələdə möhkəmləndirin və status-kvonu pozan, münaqişəyə rəvac verən hər kəs cəzalandırılacağını bilsin. Onda bu məsələ öz-özünə öz həllini tapacaq.

Sergey Valentinov tərəfindən nəşrə hazırlanıb.
Mənbə: «Правду.Ру»
Tərcümə Fedai.az-a məxsusdur

BİR MEDALIN İKİ ÜZÜ - Erməni Soyqırımı - Video
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: