“Ərsak” — “ Arsak” toponimi haqqında

Hayların özlərinə qarşı çevrilmiş “silah” Orta əsrlərin coğrafiyaşünası və səyyahı Əbdürrəşid ibn Saleh ibn Nuri əl-Bakuvinin (1335-1430) «Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərində türksoylu xalqların məskunlaşdığı və yaşadığı coğrafi ərazilərin yeddi iqlim sərhədləri ilə hüdudlandığını (Avropa qitəsinin cənub hissələri daxil olmaqla, Ön Asiyadan Çukot yarımadasınadək olan ərazilər) göstərilmişdir.

Göründüyü kimi, türk xalqlarının məskunlaşma əraziləri geniş coğrafi məkanları, bir neçə qitə və iqlim qurşaqlarını əhatə etmişdir. Bu amillər türksoylu xalqların həyat tərzinin, idarəetmə sistemlərinin və təsərrüfatçılıq quruluşunun qeyd edilən ərazilər üzrə formalaşmasını şərtləndirmişdir. Bu baxımdan bir türksoylu tayfanın bütün Türküstan ərazisində məskunlaşması (onlara məxsus anrto və etnotoponimlərin yaranması) onların sayca çoxluq təşkil etmələri ilə yanaşı, həm də siyasi və iqtisadi amillərin diktəsi ilə də əlaqəli olmuşdur.

Tarixi mənbələrdən məlum olduğu kimi, eramızdan əvvəl I minillikdə ( IX-VIII əsrlərdə) Qara dənizin şimalında və Krım yarımadasında türkdilli Kimmer, İskit (Skit) və Sak tayfaları yaşayaraq, mükəmməl dövlət-idarəetmə strukturlarına malik olmuşlar. Bu tayfalar e.ə. VII əsrin əvvəllərində Ön Qafqaz ərazisindən, Dəryal və Dərbənd keçidlərindən indiki Azərbaycan ərazilərinə, bu yerlərdən Ön Asiyaya və daha sonra cənuba, İkiçayarasına doğru (qədim Şumerlərin torpaqlarınadək) yürüşlər edərək, həm də özlərinə genetik baxımdan doğma olan yerli türkdilli xalqlarla asanlıqla qaynayıb-qarışmış, assimlyasiya olunmuş, yeni məskunlaşma əraziləri və yaşayış məntəqələri yaratmışlar.

Daha sonra e.ə. VII əsrin 1-ci rübündə kutilər, skiflər və saklar Manna dövlətinin və Araz çayının şimalına — Albaniya (Azərbaycan) ərazilərinə yürüşlər edərək, regionun aran və dağlıq hissələrində məskunlaşmışlar. İndiki Mil-Qarabağ düzündə yerləşən hissə Balasakan («Sakların düzü”) adlanmışdır (türk dillərində «bala” sözü «çöl”, «düzənlik” mənalarında işlənmişdir).

Qədim yunan alimlərinin əsərlərində (Herodot, Strabon) və səyyahlarının xəritələrində (Erotosfen, Ptolomey) bu barədə məlumatlar verilmiş, yaşayış məntəqələrinin adları və koordinatları göstərilmişdir. Həmin tayfaların adından əmələ gələn yer adları (etnotoponimlər) yerli xalqların dillərinə (türksoylu dillərə) qohum olduğundan və ya kökənli yerli tayfalar tərəfindən qoyulduğundan, bu günümüzədək həmin toponimlər işlənməkdədir (baxmayaraq ki, bir hissəsi leksik-qrammatik üslub baxımından dəyişikliyə uğrayıb, bir hissəsi sonralar müəyyən ictimai-siyasi səbəblərə görə ermənilər və gürcülər tərəfindən erməniləşdirilib və gürcüləşdirilmişdir).

“Ərsak” - “ Arsak” toponimi haqqında

Tarixi qaynaqlardan o da məlumdur ki, bu tayfalar həmçinin yerli idarəetmə strukturuna malik birliklərlə ittifaq yaradaraq, xarici müdaxiləçilərə qarşı birgə mübarizə aparmışlar. Saklar bu tayfalar içərisində fiziki görünüşləri etibarı ilə fərqləndiklərinə görə, daha çevik və döyüşkən, eləcə də geniş ərazilərdə məskunlaşdıqları üçün yer adlarının çoxusu onların adı ilə bağlı olmuşdur ( Sakaşen və ya Şakaşen (Şəki şəhəri), Sakariya, Sak düzü (Kür və Araz çayları arası), Saksin şəhəri (vaxtı ilə Xəzər xaqanlığının, indiki Rusiyanın Avropa hissəsində, Volqa (İtil, türk dillərində «iti axan su” mənasında) çayı sahilində olmuş şəhər).
Azərbaycan ərazisinin qərbində aran və dağlıq Qarabağ bölgəsində də sak tayfalarının məskunlaşma arealı geniş olduğundan ta qədimdən bu günə qədər «Ərsak” və ya «Arsak” toponimi burada daha çox işlənilmiş və yazılı mənbələrdə əks olunmuşdur. Bu barədə görkəmli alimlərimizdən Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun (1877-1942), Mirəli Seyidovun (1918-1992) , Ziya Bünyadovun (1923-1997), Rəmzi Yüzbaşovun (1906-1990), Qiyasəddin Qeybullayevin (1934-2002) və başqalarının əsərlərində ətraflı məlumatlar verilmişdir. Qarabağın aran və dağlıq hissəsində sak tayfaları uzunmüddətlu məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən, bu yerlərin bir sıra sinonim toponimləri meydana gəlmişdir. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə yaşamış və müxtəlif yer adları onlarla bağlı olmuşdur. Və yaxud, şişparaq saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşmışlar və eyni hal orada da təkrarlanmışdır.

Sakların (və skiflərin) Azərbaycan ərazilərində yayılması, məskunlaşması, yerli türksoylu xalqların etnogenezisində başlıca rol oynaması, həm də onlara məxsus toponimlərin formalaşmasına bilavasitə təsir etmişdir. Təbii ki, həmin dövrdə yaranan etnotoponimlərin tələffüzü, qrammatik quruluşu, sintaksis tərkibi indiki adlarla fərqlilik yarada bilər ki, bu qanunauyğunluq bütün coğrafi areallarda müşahidə edilən haldır. Əsas məsələ, toponimlərin morfogenetik və linqvistik xüsusiyyətlərinin zaman və tarixilik baxımından dəyişilməməsidir. Bu baxımdan, hazırda Azərbaycanın qərb regionlarında məskunlaşan hayların (onlar «ermənilər” adlandırılır) genetik xüsusiyyətləri gəldikləri Balkan yarımadası və Şərqi Aralıq dənizi hövzəsi, eləcə də, Şərqi Afrika və Qərbi Hindistan ərazilərinin təbiətindən doğan morfogenetik elementlərlə zəngin olduğundan, onların saklarla bağlılığı mümkün deyildir. Saklar (skiflər) mərd, döyüşkən, səmimi, qonşularına görə düşmənlə vuruşan bir xalq olduğu üçün, onlara «ər saklar”, «ər mənlər” deyilmiş, yaşadıqları ərazilər isə «Ərsaq”, «Ərmən”, ”Ərməniyyə” adlandırılaraq, sonrakı mərhələdə müvafiq tələffüz, dialekt və ifadə formasında qəliblənmişdir. Göründüyü kimi, mərdliyin, comərdliyin, ərliyin, igidliyin, səmimiliyin, ərənliyin haylara aid olmadığı halda, «Ərsaq”, «Arsaq”, «Arsak” («Arsax”), «Ərməni”, ”Ərməniyyə” toponimlərinin də onlarla heç bir üzvü vəhdətliyi və bağlılığı olmamışdır. Həmişə olduğu kimi, haylar Azərbaycan türklərinin (əcdadları həm də «ər saklar” olmuş) ərazilərində məskunlaşmaqla, bu yerlərin adlarını da mənimsəməkdən, «özününküləşdirməkdən” usanmamış və utanmamışlar.

Sakların Azərbaycan ərazilərində yayılması, məskunlaşması, Azərbaycan türklərinin etnogenezisində başlıca rol oynaması milli toponimlərimizin (Qazax, Ağstafa, Qax, Şəki, Zaqatala, Qoxmut, Naxçıvan, Saqiyan) formalaşmasına bilavasitə təsir göstərmişdir. Azərbaycanın qərb hissəsinin Ərməniyyə, Ərməni adlanması, burada yaşayanların «ər mən” (burada «mən” sözü «kişi”, «igid”, ”ərən” şəxs əvəzliyini ifadə edir) adlanması indiki Ermənistan ərazilərinin türksoylu xalqlara (xüsusilə Azərbaycan türklərinə) məxsusluğunu bir daha sübut edir. Tarixdə başqa xalqların maddi və mənəvi nümunələrini oğurlamaqda ad çıxaran (bu sahədə yüksək səviyyədə peşəkarlaşan ) hayların genetik mənsubluğu özlərini «hay” adlandırmaqda ifadə olunmuşdur.
Sakların (skiflərin) üç qitə ərazisində (Avropa, Asiya və Amerika) paylanması nəticəsində, müxtəlif etnik köklərə malik olan türksoylu xalqlar, bu geniş geoməkan hüdudlarında dominant xalq səviyyəsinə qədər yüksəlmişdir. Təsadüfi deyildir ki, Ön Asiya, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Uzaq Şərq (şimal-şərqdə quru bərzəxdən Yeni Dünyaya keçməklə) sakların (eləcə də digər türk mənşəli tayfaların) məskunlaşdığı coğrafi məkan kimi etnik-milli antrotoponimlərin ( tayfa adlarını özündə əks etdirən yer-coğrafi məkan adları) yaranmasına səbəb olmuşdur.

Yakutiyanın (Saxa), həmçinin bu respublikanın Aldan şəhəri yaxınlığında yerləşən Yakokut və Yakokit şəhərləri, Qırğızıstandakı İssık-kul gölü, indiki Gürcüstan ərazisindəki Dəryal keçidi hüdudlarındakı Şirak düzü «sak” sözünün yerli şivə-dialekt tələffüzünün fonetik-semantik assimlyativ formasına uyğunlaşdırılaraq, müasir toponimik ünvana çevrilmişdir.

Ona görə də hayların Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini Arsax adlandırmaları da təbii və tarixi amillərlə (özləri də bilmədən özlərini təkzib etməklə) özlərinə qarşı çevrilmiş mənəvi silah rolunu oynamaqdadır.

Müəllif: Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi

“Ərsak” - “ Arsak” toponimi haqqında
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •