20.04.2024

Azad edilmiş ərazilərə avtobus reysləri açılır

Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərinə avtobus reyslərinin açılması ilə bağlı işlərə başlanılıb.

Dövlət Avtomobil Nəqliyyat Xidməti: «İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə Gəncə, Beyləqan və Yevlaxdan sərnişinlər daşınacaq. Birinci mərhələdə, Horadiz, Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilana, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi gözlənilir. Sərnişinlərin böyük istəyini nəzərə alaraq Şuşaya sərnişin daşınmanı I mərhələyə daxil etmişik».

Leyla Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: