AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində

AVMVİB Zəngilan şöbəsinin bir qrup üzvü Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə səfər edərək gənc əsgərlərlə görüşdülər. Keçmiş döyüşçülər gənc əsgərlərlı vətənpərvərlik mövzusunda söhbətlər edib,öz tövsiyələrini veriblər. Sonra 1994 -cü ildə bu Hərbi hissədə ilk Tank Taborunun komandiri olmuş Əli Rzaquliyev öz və görüşdə iştirak edən veteran tankçıların döyüş yolu barəsində məlumat verdi.

Tədbirdə Füzuli rayon mədəniyyət evinin aktyorları və müğənniləri oz maraqlı səhnələri, ədəbi-bədii kompozisiyaları, mahnıları ilə veteran döyüşçüləri və gənc əsgərləri ruhlandırdılar.

Apardığımız hədiyyələri əsgərlərimizə təqdim etdikdən sonra hərbi hissə komandirləri ilə birlikdə veteran döyüşçülər 2016- cı ildə düşmənin Alxanlı kəndini ağır artileriya atəşinətutması nəticəsində şəhid olan 14 aylıq Zəhranın Şəhid olduğu yeri və 2016- ci il Aprel döyüşçülərinin şərəfinə ucaldılmış abidəni ziyarət etdik. Şəhidlərin ruhuna dua edib abidəyə gül qoyduq.
Əsgərlərimizə can sağlığı və şəhidlərimizə rəhmət diləyirik.
Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm:

1. Musayev Azad Məhəmməd oğlu
2. Cəlilov Sadıx Cəlil oğlu
3. Əbilov Qulam Aşir oğlu
4. Xankişiyev Cəmil Gülağa oğlu
5. Abdullayev Vidadi Famil oğlu
6. İbrahimov Azad Rəzzaq oğlu 
7. Almasov Şirvan Sabir oğlu
8. Abdullayev İlyas Hüseyn oğlu
9. Rzaquliyev Əli Qurban oğlu
10. Hüseynov Səbuhi Əkbər oğlu
11. Məmmədov Elçin Əsədulla oğlu
12. Mahmudov Mirqasım Yəhya oğlu
13. Mirzəyev Xosrov Mustafa oğlu
14. Əsədov Cəmil Şəmil oğlu
15. Musalı Rəşad Azad oğlu
16. Abdullayev Famil Vidadi oğıu

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində
AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində
AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində
AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində
AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində
AVMVİB Zəngilan şöbəsi cəbhə bölgəsində
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •