Qazimizin vəziyyəti ağırdır…

Əslən Füzuli rayonunun Dədəli kəndindən olan,1997 ci il təvəllüdlü Quliyev Şahin Famiq oğlu ikinci Qarabağ döyüşlərində böyük rəşadət göstərmişdir.

Füzuli rayonunun düşmən nəzarətində olan yüksəkliklərini ələ keçirən zaman Şahinin sürdüyü tank düşmən tərəfindən vurulur, tankın vurulması nəticəsində Şahin ağır dərəcəli yanıq xəsarətləriylə birinci Saatlı rayon xəstəxanasına, daha sonra isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına aparılır.

Bunu da nəzərinizə çatdırım ki, Şahin döyüşə çağrılmamışdan əvvəl elə Hərbi Hospitalda mədə-bağırsaq xəstəliyi ilə bağlı müalicə alıb. Müalicəsi bir neçə aya yaxındır davam edir və bu bir neçə ay müddətində iki dəfə əməliyyat olunmasına baxmayaraq Şahinin hazırkı vəziyyəti çox kritikdir.

Həkimlərin rəyinə əsasən Qazimiz müalicəsini artıq Azərbaycanda deyil, Türkiyədə davam etdirməlidir, lakin müalicənin Türkiyədə davam etdirilməsi üçün təcili şəkildə aidiyyatı qurumlar bu məsələ ilə bağlı fikir bildirməlidirlər.

Əgər Şahin burada qalarsa, üçüncü dəfə əməliyyata girməli olacaq və bu da onun həyatı üçün çox risklidir.

Aidiyyatı qurumlardan bu məsələ ilə bağlı araşdırma aparmalarını çox xahiş edirik.

QAZİMİZİN ATASININ NÖMRƏSİDİR: 051-537-77-91

Natiq Zeynalov

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •