20.04.2024

AVMVİB İdarə Heyətinin geniş tərkibli yığıncağı

AVMVİB İdarə Heyəti rayon şöbələrinin iştirakıyla geniş tərkibli yığıncaq keçirdi. Yığıncaq şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə öz işinə başladı. AVMVİB sədri Füzuli Rzaquliyev, yığıncağı açıq elan edərək təşkilatın 2019-cu ilin ötən dövrü ərzində gördüyü işlərdən, keçirilmiş çoxsaylı tədbirlərdən söz açdı. Ölkə rəhbərliyinin veteranların sosial problemlərinə əməli diqqət ayırmasını alqışladığını bildirdi. O, dedi: «Prezidentin bu istiqamətdəki fərman və sərəncamlarını diqqətlə izləyirəm. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda şəhid ailələri, müharibə veteranları, əlillər, bir sözlə əhalinin bütün həssas təbəqələri xüsusi diqqət və qayğı ilə əhatə olunub. Cənab Ali Baş Komandan İlham Əliyev, bundan sonra da sosial sahəyə diqqət artıracağını bəyan etdi. Mən çox saylı müharibə veteranlarının minnətdarlığını cənab prezidentə çatdırmağı özümüzə borc bilirəm və AVMVİB İH bu məqsədlə ölkə prezidentinə müraciət qəbul edib».

AVMVİB sədri F. Rzaquliyev digər bir müraciətin isə işğalda olan Azərbaycan torpaqları ilə bağlı oduğunu dedi. Müraciətdə veteranlar adından Vətən torpaqlarının qüdrətli Azərbaycan Ordusu tərəfindən tezliklə azad edilməsi qeyd edilib. Bunun üçün istər ön, istərsə də arxa cəbhədə hər bir veteranın Ali Baş Komandanın bir əsgəri olması ifadə olunub. Bildirilir ki, torpaqlarımızın mənfur düşmən tərəfindən işğalda saxlanması, həm dövlətimizin, həm Ordumuzun imicini zədələyir. Ona görə də tez bir zamanda beynəlxalq qanunların bizə verdiyi hüquqa və BMT qətnamələrinin tələblərinə uyğun olaraq öz ərazilərimizi antiterror əməliyyatları ilə terrorçu və separatçı hərbi birliklərdən təmizləməliyik. Ordumuz, iqtisadi və insan resurslarımız buna tam təminat verir.

Müraciətlərdə düzəlişlər edilməsi İşçi Qrupa tapşırıldı.

Daha sonra çıxış edən AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov çıxış edərək təşkilat daxili görülən işlər və neqativ hallar barədə məlumat verdi. Bildirdi ki, təkcə son üç ayda rayon şöbələrimiz onlarla deyil, yüzlərlə hərbi-vətənpərvərlik mövzusunda hərbi hissələrdə, məktəblərdə tədbirlər keçirmişlər. V. Abdurəhmanov fəal veteranlarımızın təltif edilməsi onların daha da fəallaşmasına stimul verdi. Lakin bəzi şöbə sədrləri tutduqları mövqedən istifadə edərək öz şəxsi mənfəətləri üçün ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifələrdən azad edildilər. Goranboy və Nəsimi rayon şöbə sədrlərini misal göstərə bilərik. Təşkilatımızın uğurlarının ictimailəşməsi sahəsində tam vəsaitsiz yayınlanan Fedai.az və Veteran.az saytları, yeni yaradılan Veteran tv ilə bağlı ciddi planlarımız var. Təşkilatın aynasına çevrilən saytlara hər birimiz dəstək olmalıyıq. V. Abdurəhmanov bildirdi ki, sədrin tapşırığıyla İdarə Heyətinin yığıncaqları zonalar üzrə şöbə sədrlərinin iştirakıyla keçirilməsi qərara alınıb.

Çıxış edən AVMVİB sədrinin hüquqi və sosial problemlər üzrə müavini Abbas Hüseynov bildirdi ki, bu formatda yığıncaqları təqdir edirəm. Hər bir şöbəmiz yerləşdiyi bölgələrdə müharibə veteranlarının problemlərinə diqqət artırmalıdırlar. 

Çıxış edən AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, AVMVİB Suraxanı şöbəsinin sədri Eldar Rüstəmov və digərləri cari məsələlər barədə öz fikirlərini bildirərək təkliflərlə çıxış etdilər.

AVMVİB mətbuat xidməti

AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ
AVMVİB İDARƏ HEYƏTİ ŞÖBƏ SƏDRLƏRİNİN İŞTİRAKIYLA GENİŞ TƏRKİBLİ YIĞINCAQ KEÇİRDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: