19.04.2024

Paşayeva şəhid Ceyhunun atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon Əyyublu kənd sakini, şəhid Ceyhun Mirzəyevin atası Zirəddin Əsəd oğlu Mirzəyevlə görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid hərbçinin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib.

Millət vəkili qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əydiyini, Ceyhun kimi gənclərimizlə xalqımızın hər zaman qürur duyacağını bildirib.

Q.Paşayeva “Vətən uğrunda” medallı şəhidin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: