Yunanıstan Bakıya meydan oxuyur, separatçılara yardım yollayır

Yunanıstan Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağdakı terrorçu xuntaya yardım göndərir.

Fransa, Yunanıstan və Serbiya kimi ölkələr Dağlıq Qarabağdakı separatçı rejimin «bayrağı» altında, humanitar yardım adı ilə beynəlxalq hüquqa zidd hərəkətlər edirlər.

Milli.Az «Sputnik Armeniya»ya istinadən bildirir ki, Yunanıstandan Xankəndinə «yardım»la dolu ilk təyyarə ötən ilin dekabrın 14-də İrəvandakı Zvartnos hava limanına enmişdi.

Ermənistanın Xarici İşlər Nazirliyi və Yunanıstanın İrəvandakı səfirliyinin yaydıqları rəsmi məlumata görə, ikinci təyyarədə guya gündəlik tələbat malları, tibbi avadanlıq və dərman preparatları, geyim və ərzaqlardır.

«Yardım Qarabağdakı savaşdan ziyan çəkmiş erməni ailələr üçün nəzərdə tutulur», — açıqlamada deyilir.

«Yardım kampaniya»sının təşkilatçıları «Yunanıstanın Erməni Mavi Xaçı», «Erməni Şəfqət xaçı» və Erməni Yardımları İttifaqı, habelə Yunanıstan hökuməti və Ermənistanın Afinadakı səfirliyidir.

Dekabrn 14-də İrəvana Afinadan gətirilmiş «yardım»ı Yunanıstan XİN-nin beynəlxalq əməkdaşlıq və inkişaf departamentinin rəhbəri Yorqos Larissis müşayiət etmişdi.

Göndərilən «humanitar yardım» hələ ki, İrəvandadır. Onun yaxın günlərdə Xankəndinə aparılacağı bildirilib. Lakin, Azərbaycan tərəfi qanunsuz səfərlərlə bağlı sonuncu xəbərdarlığı edib.

Yunanıstan belə xəbərdarlıqlara rəğmən «yardım»lar yollaması aşkar demarş sayıla bilər.

Orxan Hun

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •