29.03.2024

Şəhid Ruslanın oğlu Ruslan…

Vətən Müharibəsi şəhidi, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanovun ilk övladı dünyaya gəlib.

Ruslan Qurbanov, döyüşə gedərkən yoldaşı hamilə olub. Bir neçə gün əvvəl isə Bakıda klinikaların birində şəhidin oğlu dünyaya gəlib.

Körpəyə atası Ruslanın adı qoyulub. Atası kimi igid, cəsur övlad olsun, lakin ömrü qısa olmasın.

Atasının da yerinə uzun ömür yaşasın…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: