Şəhidləri unutmadıq və unutmayacağıq…

AVMVİB Xocavənd və AVMVİB Beyləqan rayon şöbəsi üzvü olan müharibə veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Xüsusən də, Beyləqan batalyonu tərkibində döyüşlərdə iştirak etmiş keçmiş döyüşçülər AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə şəhid məzarları yad etmək tədbirlərində yaxından iştirak ediblər.

Tədbir barədə məlumat verən AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov bildirdi ki, Anım tədbirində Beyləqan və Xocavənd rayon İH rəhbərliyinin iştirakıyla müharibə veteranları ilə yanaşı, rayon DİŞ, MTX, SHXÇDX rəisləri, rayonun prokroru, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhid ailələri yaxından iştirak iştirak edirdilər. Beyləqan rayonu Dünyamalılar kəndindən olan şəhid Məhəbbət Ədalət oğlu Mirzəyev öz hərbi təhsilini Çində almışdı. O, təhsildə fərqləndiyi kimi hərbi xidmətdə də daim fərqləndiyini döyüş dostları xatırlayırlar. Şəhidin digər qardaşı da hərbçidir və Vətənə xidmət edir.

Tədbir iştirakçıları şəhid Məhəbbət Mirzəyevin ruhuna dualar oxudular və məzarı üzərinə gül qoydular.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Müəllif: Elnur SƏLİM

Şəhidləri unutmadıq və unutmayacağıq...
Şəhidləri unutmadıq və unutmayacağıq...
Şəhidləri unutmadıq və unutmayacağıq...
Şəhidləri unutmadıq və unutmayacağıq...
Şəhidləri unutmadıq və unutmayacağıq...
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •