AVMVİB təltif edir

BAKI. AVMVİB üzvlərinin təltifini davam etdirir. AVMVİB sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov Milli Qvardiyanın keçmiş döyüşçüləri Vahid Şərafəddinovu, Cəbrayıl Əliyevi və Dİ Nazirliyindən Kamil Baxşəliyevi təşklatın təsis etdiyi Xatirə medallarıyla təltif ediblər.

Təltif olunan müharibə veteranlarını təbrik edən AVMVİB sədri F. Rzaquliyev onlara Qələbə medalları almağı arzu etdi.

Təbrik edirik!

AVMVİB TƏLTİF EDİR
AVMVİB TƏLTİF EDİR
AVMVİB TƏLTİF EDİR

***

Göygöl. AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun verdiyi məlumata görə, rayon PŞ TİQ rəhbəri polkovnik-leytenant Ağəli Fərrux oğlu Bayramov rayon şöbəsinin təqdimatına uyğun olaraq təşkilatın təsis etdiyi Xatirə medalıyla təltif edilib.

Təltif olunan A. Bayramovu təbrik edən AVMVİB Göygöl rayon şöbəsinin sədri H. Hüseynov, ona Qarabağın düşmən işğalından azad edilməsi müjdələri arzuladı.

Təbrik edirik!

AVMVİB TƏLTİF EDİR

***

İmişli. AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Hüseynovun verdiyi məlumata görə rayon şöbəsinin qərarıyla, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə, müharibə veteranlarının problemlərinin həllində göstərdiyi fəaliyyətə görə, İmişli rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev AVMVİB-nin təsis etdiyi «Milli Ordu-100» Xatirə medalıyla təltif olunub.

Təbrik edirik!

AVMVİB TƏLTİF EDİR

AVMVİB mətbuat xidməti

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •