AVMVİB İmişli şöbəsində

AVMVİB İmişli rayon şöbəsindən verilən məlumata görə (AVMVİB İmişli rayon şöbəsi sədrinin müavini Faiq müəllim), rayon şöbəsinin üzvü olan müharibə veteranlarının iştirakıyla Muradallı kənd orta məktəbində şəhidlərə həsr olunmuş tədbir keçirdilər.

AVMVİB İmişli rayon şöbəsinin sədriTaleh Tapdıqovun rəhbərliyi ilə təşkil olunmuş tədbirdə SHXÇDX İmişli rayon şöbəsinin rəisi polkovnik-leytenant Qulu Əsədov da iştirak edirdi.

Qonaqları təqdim edən Muradallı kənd orta məktəbinin direktoru Yusif Hüseynov bu cür görüşlərin mütamadi keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Tədbirdə şəhidlərimizin Aprel günlərində göstərdiyi qəhrəmanlıqlar və ordumuzun özünü regionun ən güclü ordusu olduğunu təsdiq etməsi haqqında xoş sözlər deyildi. Məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar hərarətlə qarşılandı.

Müəllif: Elnur SƏLİM

AVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏ
AVMVİB İMİŞLİ ŞÖBƏSİNDƏ
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •