20.04.2024

AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər…

AVMVİB Xocavənd və AVMVİB Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Xüsusən də, Beyləqan batalyonu tərkibində döyüşlərdə iştirak etmiş keçmiş döyüşçülər AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə şəhid məzarları yad etmək tədbirlərində yaxından iştirak edirlər.

AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, biz bu cür tədbirlərlə şəhidlərimizi unutmadığımızı xalqımıza çatdırmağa çalışırıq. Bir devizimiz var: «Şəhidlərimizi yad edək!» Belə tədbirlərin keçirilməsi hər bir şəhid ailəsinin ürəyincədir. Qoy şəhid qardaşlarımızın ailələri görsünlər ki, biz onları unutmadıq və onları unutmağa kimsənin haqqı yoxdur. Bu müqəddəs işdə sevindirici haldır ki, bizi, həm Beyləqan rayon İH Başçısı Asif Ağayev və Xocavənd rayon İH Başçısı Eyvaz Həsənov daim dəstək verir və yaxından içtirak edirlər.

AVMVİB Xocavənd şöbəsinin sədr müavini Məmməd Məmmədov tədbirlə bağlı verdiyi məlumata görə, şəhid Şahin Çavadzadə Yaşar oğlunun əziz xatirəsinə həsr olunmuş tədbirdə müharibə veteranları ilə yanaşı, rayon DİŞ, MTX, SHXÇDX rəisləri, rayonun prokroru, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak edirdilər. Xatırladım ki, şəhidin iki əmisi şəhid olub. Aprel şəhidi Şahin Çavadzadə, əmisi, Birinci Qarabağ müharibəsi şəhidi Akif Əfqar oğlu Cavadovun məzarıyla yanaşı dəfn olunub. Bir əmisi bizimlə birgə döyüşlərdə iştirak edib. Sevindirici haldır ki, bu tədbirlərin mütamadi keçirilməsi nəticəsində şəhid ailələri arasında sıx birlik yaranıb. Bölgəmizdə keçirilən tədbirlərdə də, xeyir-şərdə də birgə iştirak edirlər.

Bizim təşkilat isə müharibə insanlarını kordinasiya edir və belə xoş məramlı tədbirləri təşkil edir. Şəhid Şahin Cavadzadənin və digər şəhidlərimizi andıq, dua oxundu və məzarlarına gül qoyduq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Müəllif: N. Məmmədli

AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...
AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...
AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...
AVMVİB Xocavənd və Beyləqan rayon şöbələri veteranları şəhidləri yad etdilər...
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: