190 manat yenidən verilə bilər? — Nazirlikdən açıqlama

«Koronavirus pandemiyası ilə əlaqədar əhaliyə 6-cı dəfə verilən 190 manatlıq birdəfəlik ödəmənin bu gün tamamlanması nəzərdə tutulur».

Bunu Azvision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı deyib.O bildirib ki, ümumilikdə 450 milyon manat vəsait işini və gəlirini itirən, qery- formal çalışan aztəminatlı şəxslərə ödənilib.

F.Talıbov növbəti ildə birdəfəlik ödəmə ilə bağlı qərarın Nazirlər Kabinetindən asılı olduğunu qeyd edib.

“Yeni ilə daha pozitiv arzularımız var. İnanırıq ki, sərt karantin rejimi olmayacaq və iqtisadi fəallıq bərpa olunacaq”.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •