25.04.2024

AVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdi

AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin verdiyi məlumata görə, rayon şöbəsinin üzvü olan müharibə veteranları Tovuz rayon Qaralar kənd orta məktəbinin müəllim və şagird kollektivi ilə görüş keçirdilər.

Azərbaycan Ordusunun Vətənimizin ərazi bütövlüyü və müdafiəsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsi haqqında şagirdlərə məlumat verilmiş və keçmiş döyüşçülər öz döyüş yollarından danışmışlar.

Tədbirin sonunda hər iki tərəf belə tədbirlərin keçirilməsinin mütamadi hal almasının vacibliyini qeyd etdilər. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi üçün belə görüşlərin əhəmiyyəti böyükdür.

Müəllif: Elnur SƏLİM

AVMVİB Tovuz rayon şöbəsi tədbir keçirdi
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: