28.03.2024

Veteranlar əsgər yola salma törənində iştirak etdilər

AVMVİB Xocavənd və AVMVİB Beyləqan rayon şöbəsi veteranları əsgərliyə yola salma mərasimində iştirak ediblər.

Mərasim barədə məlumat verən AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov bildirdi ki, mərasimdə Beyləqan rayon rəhbərliyinin iştirakıyla müharibə veteranları ilə yanaşı, rayon DİŞ, MTX, SHXÇDX rəisləri, rayonun prokroru, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak edirdilər.

Sevindirici haldır ki, rayonda, həm gənclər əsgərliyə yola salınması, həm də əsgərlikdən gələn gənclərimizin qarşılanması belə mərasimlərlə həyata keçirilir və bu da özlüyündə gənc nəslin vətənpərvər ruhda böyüməsinə təkan verir.

Müəllif: Azər BAYRAM

Veteranlar əsgər yola salma törənində iştirak etdilər
Veteranlar əsgər yola salma törənində iştirak etdilər
Veteranlar əsgər yola salma törənində iştirak etdilər
Veteranlar əsgər yola salma törənində iştirak etdilər
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: