28.03.2024

Ərdoğan: Türkiyə heç vaxt İsrail ilə əlaqələrini kəsməyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə münasibətlərdəki gərginlik mövzusuna münasibət bildirib.

Ərdoğanın fikrincə Türkiyə heç vaxt kəşfiyyat sahəsində İsrail ilə əlaqələrini kəsməyib.

«Bu əlaqələr bu gün də mövcuddur. Amma eyni zamanda bu ölkənin rəhbərliyi ilə bir sıra problemlərimiz var», Ərdoğan bildirib.

İnterAz «Anadolu»ya istinadən xəbər verir ki, dövlət başçısı Ankaranın İsrail ilə münasibətlərini yaxşılaşdırmaq istədiyini, ancaq İsrailin Fələstinlə bağlı mövqeyini qəbul edə bilməyəcəyini qeyd edib.

«İsrailin addımları Türkiyənin ədalətin təmin edilməsi və dövlətlərin bütövlüyünün qorunması yanaşmalarına ziddir», o deyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: