29.03.2024

İlham Əliyev Qubadlıda — Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb.

Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb.

“Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: