28.03.2024

«Bundan sonra həyatım bağlandı, həyatım gülmür», şəhid Əsgər Hüseynovun atası

Vaqif Hüseynov üçün 44 günlük müharibədə itirdiyi tək oğul övladı Əsgər barədə danışmaq ağırdır.

O, bütün arzularını bağladığı oğlunu torpağa tapşırdığı üçün həyatının mənasının qalmadğını deyir.

Əsgər Hüseynovun heç 22 yaşı tamam olmamışdı. Müharibə ilə bağlı elan edilmiş qismən səfərbərlik zamanı o da döyüşə yollanmışdı.

Ailəsi deyir ki, ölümündən əvvəl o yaralı əsgər yoldaşının həyatını xilas edib, özü isə döyüşdən salamat çıxa bilməyib.

Əsgər Oktyabrın 25-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub.(BBC)

Video açılmırsa, burada izləyin.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: