19.04.2024

AVMVİB Hacıqabul rayon şöbəsi tədbir keçirdi

AVMVİB Hacıqabul rayon şöbəsi Aprel döyüşləri ilə bağlı tədbir keçirdi. AVMVİB Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanovun verdiyi məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verildiyinə görə rayon veteranları da bu işə öz töhfələrini vermək üçün Hacıqabul rayon 8 saylı məktəb-litseydə tədbir keçirdilər.

Tədbir zmanı şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra regionun ən güclü ordusu hesab olunan Azərbaycan Ordusunun Aprel günlərində yazdığı tarixi zəfər haqqında çıxışlar dinlənildi. O tarixi günləri əks etdirən video nümayiş etdirildi.

Müəllif: N. MƏMMƏDLİ

AVMVİB Hacıqabul rayon şöbəsi tədbir keçirdi
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: