20.04.2024

AVMVİB Nizami rayon şöbəsi tədbirdə iştirak edib

AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyevin verdiyi məlumata görə, şöbə veteranları Nizami rayonu 242 saylı orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbirdə iştirak ediblər.

AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev bildirdi ki, məktəbin pedaqoji kollektivi tərəfindən yüksək səviyyədə tədbirin hazırlanmasında 242 saylı məktəbin direktoru Akif müəllim və gənclərin çağrışa qədərki hərbi hazırlıq üzrə rəhbəri Elçin müəllimin böyük əməyi olub.

Belə tədbirlərin mütamadi keçirilməsi gənc nəslin vətənpərvər ruhda böyümələri üçün çox vacibdir. Tədbirdə çıxış edənlər bunu dönə-dönə vurğuladılar.

Məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar hər kəsin marağına səbəb oldu.

AVMVİB mətbuat xidməti

AVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBİRDƏ İŞTİRAK EDİB
AVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBİRDƏ İŞTİRAK EDİB
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: